Bank Of Baku

Gəncədə çörək sexlərində reyd keçirilib

Gəncədə çörək sexlərində reyd keçirilib
# 06 aprel 2011 08:26 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları sanitar-gigiyenik normalara riayət olunmasını təmin etmək məqsədilə çörək sexlərində reyd keçirib.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, reyd zamanı əsasən çörəyin hazırlandığı məhsulların, obyektin şəraitinin sanitar gigiyenik normalara cavab verib-vermədiyi, eləcə də hazır məhsulun satışında lazımi qaydalara riayət olunub-olunmadığı yoxlanılıb. Nəticədə respublikanın ikinci böyük şəhərində fəaliyyət göstərən əksər çörək sexlərinin fəaliyyətinin sanitar norma və tələblərinə cavab vermədiyi məlum olub.
Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, obyektlərin yararsız vəziyyətdə olmasının başlıca səbəbi fəaliyyət göstərdikləri binaların aidiyyəti üzrə olmamasıdır. Bəzi çörək sexlərinin rəhbərləri onlara tutulan iradları qəbul edərək, obyektlərində təmir işlərinə başlayıb. Mərkəzin əməkdaşları çörək sexlərində reydləri bundan sonra da davam etdirəcəklər.
Qeyd edək ki, Gigiyena və Epidemiologiya Mərkəzi əməkdaşlarının Gəncə şəhərində fəaliyyət göstərən çörək sexlərinə nəzarəti artırması nəticəsində iki çörək bişirmə sexinin fəaliyyəti dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR