Bank Of Baku

“Dövlət qulluğunda kadr ehtiyatlarının idarə olunması” mövzusunda təlim kursu təşkil edilib

“Dövlət qulluğunda kadr ehtiyatlarının idarə olunması” mövzusunda təlim kursu təşkil edilib
# 06 aprel 2011 08:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birlikdə dövlət orqanlarının aparat rəhbərləri və kadr qurumlarının rəhbərləri üçün “Dövlət qulluğunda kadr ehtiyatlarının idarə olunması” mövzusunda üç günlük təlim kursu təşkil edib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən komissiyanın sədr müavini Vəfadar Misirov bildirib ki, ölkə prezidentinin fərmanı ilə dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarət edən mərkəzi orqan qismində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müəyyən edilib. Qanunvericiliyə və “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərə uyğun olaraq Komissiya dövlət qulluqçularının etik davranış qaydaları və insan resurslarının idarə olunması sahəsində silsilə təlim kursları təşkil edir. Ötən il bu sahədə 30 təlim kursu keçirildiyini bildirən V. Misirov deyib ki, təlimin əsas məqsədi dövlət orqanlarında çalışan məsul vəzifəli şəxslərin öz fəaliyyətlərində vətəndaşlara qarşı mədəni, vicdanlı davranış, korrupsiyanın qarşısının alınması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, dövlət qulluqçularının etik davranışı ilə bağlı məsuliyyəti sahəsində maarifləndirilməsi və insan resurslarının idarə olunması üzrə xarici ölkələrin təcrübəsi ilə tanış edilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR