Bank Of Baku

Son 4 ildə Azərbaycanda 1000 nəfərdən artıq namizəd müvafiq dövlət qulluğuna təyin olunub

Son 4 ildə Azərbaycanda 1000 nəfərdən artıq namizəd müvafiq dövlət qulluğuna təyin olunub
# 06 aprel 2011 08:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Son 4 il ərzində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın həyata keçirdiyi test imtahanlarında 20 minə yaxın şəxs iştirak edib, 1000 nəfərdən artıq namizəd isə müvafiq dövlət qulluğuna təyin olunub. APA-nın məlumatına görə, bu barədə komissiyanın sədr müavini Vəfadar Misirov bildirib. O deyib ki, hazırda komissiyanın ehtiyat kadrlar siyahısında 250 nəfərə yaxın namizədin adı var. Qanunvericiliyə görə, bu kadrlar iki il müddətində ehtiyat kadrlar siyahısında saxlanılırlar: “Hər bir müsabiqə öncəsi onların hansı vəzifələrə yararlı olması ilə bağlı bütün dövlət orqanlarına məktublar göndəririk. İndiyə qədər dövlət orqanlarında 100-dən artıq ehtiyat kadr müvafiq vəzifələrə təyin olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR