Bank Of Baku

Azərbaycanda 1 825 333 sığortaolunanın fərdi şəxsi hesabı var

Azərbaycanda 1 825 333 sığortaolunanın fərdi şəxsi hesabı var
# 06 aprel 2011 09:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 24 881 sığortaolunana fərdi şəxsi hesab açılıb.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev “APA-Economics”ə bildirib ki, 2011-ci il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 1 825 333 nəfərə çatıb.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 1 013 851 nəfəri kişi, 811 482 nəfəri isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 466 948 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 402 040 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 409 825 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 379 196 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 167 324 nəfərdir.

Xatırladaq ki, fərdi uçot Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il yanvarın 1-dən tətbiq olunan “Əmək pensiyaları haqqında” qanuna əsasən, əmək pensiyaları fərdi şəxsi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR