Bank Of Baku

Dövlət qulluqçularının Reyestrinə vaxtında və düzgün məlumat verməyən vəzifəli şəxslər 300 manatdan 700 manatadək cərimə ediləcəklər

Dövlət qulluqçularının Reyestrinə vaxtında və düzgün məlumat verməyən vəzifəli şəxslər 300 manatdan 700 manatadək cərimə ediləcəklər
# 06 aprel 2011 09:25 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov dövlət qulluğu üzrə qanunvericiliyə edilən son əlavə və dəyişiklikləri şərh edərkən bildirib. Onun sözlərinə görə, "Dövlət qulluğu haqqında" qanuna son əlavə və dəyişikliklərdə dövlət orqanlarının müvafiq vakant vəzifələrlə bağlı ayda bir dəfə Komissiyaya məlumat verməsi, dövlət qulluğuna qəbul üçün ilkin mərhələdə heç bir sənəd təqdim etmədən elektron qaydada müraciət olunması, test mərhələsindən uğur qazanan namizədlərin 10 gün müddətində müvafiq sənədləri təqdim etməsi, dövlət qulluğu vəzifələrinin 6-7-ci təsnifatları üzrə keçid balının 75, 8-9-cu təsnifatlar üzrə isə 70 müəyyən edilməsi, ehtiyat kadrların həm komissiyanın, həm də müvafiq dövlət orqanının ehtiyat kadrlar siyahısında 2 il saxlanılması, ümumi müsahibələrin komissiya, daxili müsahibələrin isə müvafiq dövlət orqanları tərəfindən keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR