Doktor Vüqar Yaqublu: “Xaricdə təhsil alan gənc təbiblərin Almaniya Forumu”na 100-dən çox gənc və çoxlu sayda mütəxəssis qatılacaq” – MÜSAHİBƏ
- Həkimlik sənəti cəmiyyətə pozitiv enerji gətirən və fədakarlığa nümunə olan sənətdir. İnkişaf etmiş millətlərdə həkim cəmiyyətdə ən hörmət edilən və sayılan bir təbəqədir. Amma ölkəmizdə bizi həkim kimi ciddi narahat edən əsas məsələlərdən biri cəmiyyətimizdə həkim adının bəzən korrupsiya ilə bir yerdə çəkilməsidir. İstər ölkəmizdə, istərsə də xaricdə çalışan həkimlərimiz bunun tez bir zamanda aradan qaldırılmasını arzu edirlər və hal-hazırda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən aparılan anti-korrupsiya siyasətini dəstəkləyirlər. Bunun davamı kimi ölkəmizin həm əlaqədar qanunverici orqanı, həm də icra orqanları tərəfindən yeni qanun və qaydaların formalaşdırması da faydalı olardı. Düşünürük ki, tibbi sosial siğorta sisteminin tez bir zamanda tətbiqi cəmiyyətimizdə həkimə inamı qaldıra bilər. Bu zaman həkim xəstənin xəstəliyi ilə məşğul olacaq, və onun nəyi necə ödəməsi, dərmanları necə əldə etməsi düşündürməyəcək. Forumda millət vəkilləri və dövlət orqanlarının nümayəndələri ilə görüşdə müzakirə ediləcək məsələlərdən biri bu olacaq.
- Bu gün Azərbaycanda tibbin inkişafında hansı tendensiyalar var?
- Bu gün ölkədə səhiyyə infrastrukturu çox sürətlə modernləşir. Həkimlər üçün çox sayda yeni vakant iş yerləri yaranır. Lakin bəzi problemlər də qalmaqdadır. Bu gün xəstəxanaların müasirləşməsi və təchizatı ilə mövcud ixtisaslı həkim potensialı arasında olan uçurum vardır. Bunun nəticəsində bir çox yerlərdə yüksək maliyyə və zəhmət hesabına başa gələn müasir xəstəxanalar lazımi səviyyədə çalışmır. Bəzən alınmış bahalı və müasir avadanlıq uzun müddət istifadə olunmur və ya ola biləcəyindən az istifadə olunur.
- Gənclərimizin xaricdə tibb təhsili almasının aktuallığını və gənc həkimlərin ölkəyə dönməsini necə qiymətləndirirsiniz?
- Xaricdə təhsil proqramının tibbi ixtisasları prioritet seçməsi bu problemin aradan qalxmasına və güclü həkim potensialının formalaşmasına böyük dəstəkdir. Digər proqramlarla da xaricdə tibb təhsili alan gənclərimiz var. Lakin xaricdə təhsil alan gənc həkimlərin heç də hamısı geri dönməkdə qərarlı deyillər. Ona görə də onların bu düşüncədə olmasının səbəblərini təhlil etmək və onların aradan qaldırılmasına çalışmaq lazımdır. Məhz bu səbəbdən Azərbaycan hökuməti, Alman Akademik Mübadilə Xidməti (DAAD), Həkimlər və Təbib Tələbələr İctimai Birliyi və ASAİF gənc təbiblərin Almaniya Forumunu keçirmək qərarı verdi. Forumda 100-dən çox gənc təbib və çox sayda mütəxəssis iştirak edəcək.
- Tibb təhsilini bitirərək vətənə dönən həkimlərin qarşılaşdığı reallıqlar nədir?
- Gənc həkimlərin xaricdən təhsil alıb geri döndükdən sonra qarşılaşdığı problemlərdən biri mövcud sistemə inteqrasiyanın çətinliyidir. Bu özünü xüsusilə dövlət sektorunda göstərir. Odur ki xaricdə təhsilini bitirmiş gənclərin çoxu özəl klinikalarda çalışmağa üstünlük verir. Özəl tibb sektorunun inkişafı bu gün ölkəmizdə tibbi praktikanın inkişafının əsasında duran faktordur. Amma inkişaf etmiş ölkələrdə daha ağır patologiyalar həmişə universitet klinikalarında və ya professional mərkəzlərdə müalicə edilir. Məhz bu səbəbdən bir çox ağır cərrahi əməliyyatlar və müalicə üsulları ölkəmizdə tətbiq edilmir və ya səthi tətbiq edilir. Bunlara, orqan transplantasiyası, mürəkkəb rekonstruktiv əməliyyatlar, uşaqlarda anadan gəlmə ürək qüsurlarının müalicəsi kimi sahələri göstərmək olar. Bu tip xəstəliklərin müalicəsi adətən özəl sektorun marağında olmur. Bu və buna bənzər mövzuların müzakirə edilərək həlli yollarının tapılması xaricdəki gənc həkimlərimizə vətənə dönməyə və ya olduqları yerlərdəki üstün tibb nailiyyətləri ilə Azərbaycan tibbi arasında körpü rolu oynamağa kömək edəcəkdir. İstənilən halda belə böyük bir potensialın bir forumda bir araya gələrək bir-birini tanımasının özü hesab edirəm ki, böyük bir hadisədir.
- Sizcə forum gənc təbiblər qarşısında hansı perspektivlər açacaqdır?
- Görüşdə iştirak Azərbaycandan olan iştirakçılar üçün peşə, elm və təhsil sahəsində arzu etdikləri əməkdaşlığı qurmağa kömək edəcəkdir. Belə ki, onlar görüşdə həm alman mütəxəssisləri, həm də azərbaycanlı mütəxəssislərlə əlaqələr qurma imkanına malik olacaqlar.
Azərbaycanın əlaqədar universitet və klinikaları görüşdə özlərinin tanışlıq materialları və posterləri ilə iştirak edəcək. Onların görüşdə iştirakının Almaniya çalışan və ya təhsil alan gənclərimizin gələcək qərarlarına təsir edəcəyinə ümid edirik. Qeyd edək ki, DAAD özünün PAGEL layihəsi çərçivəsində hər il Almaniyada təhsil alan və ya çalışan 5-6 azərbaycanlı tələbə və gənc həkimin Azərbaycan klinikalarında 1 aylıq praktika keçməsinə maliyyə dəstəyi verəcək. Odur ki, gələcəkdə vətəndə çalışmaq arzusu olan gənclərimizə istədikləri Azərbaycan klinikasında yay praktikası keçmək imkanı da yaradılacaqdır.
Azərbaycandan iştirak edəcək Universitet rəhbərliyi arzu edərsə uyğun hesab etdikləri universitet və klinikalarla əməkdaşlıq yaradılmasına kömək ediləcəkdir.
Bu görüşlərin ən vacib elementlərindən biri, tibb xidmətinin təşkilində, praktiki tibbi fəaliyyətdə və tibb elmində baş verən müasir dəyişikliklər və uğurlar haqqında müzakirələrin təşkil edilməsi olacaqdır. İlk görüşdə kliniki protokolların tətbiq edilməsinin Almaniya təcrübəsi haqqında müzakirələr aparılacaqdır. Bu müzakirələr, kliniki protokolların yeni tətbiqinə başlamış ölkəmiz üçün əhəmiyyətli təcrübə mübadiləsi ola bilər.
Görüş zamanı Almaniya Elm Fondunun (Deutsche Forschungsgemeinschaft - DFG) missiyası, gördüyü işlər və proqramları çıxışlar olacaq və müzakirələr təşkil ediləcəkdir. Maraqlıdır ki, DFG Azərbaycan da daxil olmaqla bir neçə keçmiş Sovet ölkəsini elmi əməkdaşlıq üçün prioritet ölkə elan etmişdir. Bu ildən fəaliyyətə başlayacaq yeni proqram birgə elmi işlərin planlaşdırılması və həyata keçirilməsini dəstəkləyəcəkdir. Görüşdə Alman və Azərbaycan elmi institutları arasında konkret elmi əməkdaşlıq layihələrinin başlanğıcı qoyula bilər.
- Son sualımız forumun keçirilmə yeri barədədir...
- Forum dünyada tibb sahəsində ən nüfuzlulardan biri hesab olunan Heidelberg Universitetinin Manhheim Tibb Fakültəsində keçiriləcək. Forumun gedişi ilə bərabər bir universitetdə bir çox maraqlı ekskursiyalar da olacaqdır. Hesab edirəm ki, bunun özü də maraqlı təcrübə olacaq. Forum çərçivəsində Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə də ziyafət veriləcək və Azərbaycan mədəni proqramı təşkil ediləcək. Buna görə Azərbaycanın Almaniyadakı səfirliyinə xüsusi təşəkkürümü bildirirəm.
Sosial
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Xəbər Lenti
DÇ-2026: Fransa 1/4 finala yüksəlib
Zelenski Trampla söhbətdən sonra müharibəyə son qoymaq üçün real perspektiv olduğunu deyib
DÇ-2026: Mərakeş 1/4 finala yüksəlib
Putin və Tramp arasında telefon danışığı olub
Netanyahu: ABŞ və İsrail birlikdə olduqda azadlıq daha da güclənir
FHN əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib - VİDEO
Zəngilanda çayda boğulan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Qubada minik avtomobili yük avtomobilinə çırpılıb, iki nəfərin vəziyyəti ağırdır
Axios: Tramp Zelenski ilə telefon danışığı aparıb
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4303 nəfərə çatıb
Rusiyada baş vermiş qasırğa beş yaşlı qızın ölümünə səbəb olub
Tramp: Xameneinin dəfn mərasimində oradakı hamını məhv edə bilərik, amma o zaman danışıqlar aparacaq heç kim qalmayacaq
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib - VİDEO
Tramp gələn həftə Netanyahu ilə Ağ Evdə görüşə biləcəklərini deyib
Uitkoff və Kuşner avqustun sonuna qədər Rusiyaya səfər edə bilər
Qazaxda maşın 67 yaşlı qadın piyadanı vurub
Lənkəranda magistralda açıq sahədə yanğın başlayıb
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
Ərdoğan: Türkiyə Pakistanla ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəfləyir
ABŞ-la İran nümayəndə heyətlərinin növbəti görüşünün tarixi və yeri məlum olub
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini qüvvədə saxlayıb
Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb - YENİLƏNİB-2
İsmayıllıda maşın betona çırpılıb, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
İstanbul-Mineralnıye Vodı reysi qəza siqnalı verib, təyyarə geri qayıdıb
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Şuşaya dolu düşüb - FAKTİKİ HAVA
“The New York Times”: İran lideri danışıqların əleyhinə olub, Pezeşkian onu razı salıb
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Laçına dolu düşüb - FAKTİKİ HAVA
Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
Masazırda yük maşını yanıb - VİDEO
İmişlidə zəlzələ olub
Səfirlik: Heydər Əliyev Mərkəzinin ABŞ bayrağının rəngləri ilə işıqlandırılmasını minnətdarlıq hissi ilə qarşıladıq
Yasamalda evdə partlayış olub, 16 yaşlı yeniyetmə ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Bakıda motosikletinin təmiri üçün eyni markalı motosikleti oğurlayan şəxs saxlanılıb
“The National Interest”də İran-ABŞ müharibəsi fonunda Azərbaycanın Orta Dəhlizin roluna təsirindən bəhs edilib
Sabahın hava proqnozu açıqlanıb
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib
Yasamalda 46 kq narkotik dövriyyədən çıxarılıb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
ADB: Bakı metrosu sərnişin tutumunu artırmaqla karbon emissiyasını 70 min ton azalda bilər
AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlanıb - VİDEO
Tramp Xameneinin dəfn mərasimi üçün İrana bir həftə möhlət verdiyini açıqlayıb