Bank Of Baku

Rusiyada əmək haqlarının yarısı konvertlə verilir

Rusiyada əmək haqlarının yarısı konvertlə verilir
# 06 aprel 2011 13:22 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyada əmək haqlarının 50%-ə yaxını “qara mühasibat”la verilir. “APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu bəyanatla Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov çıxış edib.

Onun sözlərinə görə, son illər Rusiyada qeyri-rəsmi (konvert) məvaciblərin həcmində yalnız artım müşahidə olunur: “Öz növbəsində bu, vergi ödənişlərinin azalmasına və nəticədə zəhmətkeşlərin müdafiəsinin pisləşməsinə gətirib çıxarır”.

Rusiya Federal Dövlət Statistikası Xidmətinin rəhbəri Aleksandr Surinov isə bildirib ki, Rusiyada “qara iqtisadiyyat” sahəsində 13 mln. nəfər çalışır, onun ÜDM-dəki payı isə 16%-dir. O, “qara iqtisadiyyat” dedikdə, qeyri-formal əmək bazarını və azaldılmış şəkildə göstərilən əmək haqlarını nəzərdə tutduğunu söyləyib: “Hesablamalar zamanı fahişəlik, narkotik ticarəti, pornoqrafiya və kontrafakt malların satışı kimi qanunsuz fəaliyyət növləri nəzərə alınmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR