Bank Of Baku

Azərbaycan gələn ildən ÜST-nin İcraiyyə Komitəsində təmsil olunacaq

Azərbaycan gələn ildən ÜST-nin İcraiyyə Komitəsində təmsil olunacaq
# 06 aprel 2011 14:52 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2012-ci ilin may ayında ÜST-nin İcraiyyə Komitəsində Estoniya, Almaniya, Fransa və Serbiyanın üzvlük müddəti sona çatır. Həmin vakant yerlərə ÜST Avropa regionundan Azərbaycan, Çernoqoriya, Xorvatiya, Slovakiya, Litva və Belçika öz nominasiyalarını təqdim edib.

Martın 30-31-də Danimarkanın paytaxtı Kopenhagendə keçirilən ÜST-nin Avropa Regionu üzrə Daimi Komitəsinin 18-ci çağırışının üçüncü iclasında Azərbaycanın 2012-ci ildən ÜST İcraiyyə Komitəsinə üzvlüyə təqdimatı qəbul olunub.

Xatırladaq ki, ÜST rəhbər orqanlarının tarixində ilk dəfə olaraq, hər hansı ölkə bir necə dəfə üzvlüyə qəbul olunur. Azərbaycan 2005-2008-ci illərdə İcraiyyə Komitəsində üzv olub. 2009-2012-ci illərdə Daimi Komitədə təmsil olunur. 2012-2015-ci illərdə isə ölkəmiz yenidən İcraiyyə Komitəsinin üzvi olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR