Bank Of Baku

Metyu Brayza: “ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə artır”

Metyu Brayza: “ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə artır”
# 06 aprel 2011 15:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Hal-hazırda ABŞ-da 400-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Ümid edirəm ki, ABŞ-da təhsil alan azərbaycanlıların sayı artacaq”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Baryza bildirib: “ABŞ dünyanın ən güclü universitetlərinə malikdir və getdikcə daha çox azərbaycanlı tələbə ABŞ-da təhsil almağa üstünlük verir. ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə artır”.
M. Brayza ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayında hər il 15 faiz artım olduğunu qeyd edib.
Səfir bildirib ki, aprelin 7-də Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Amerika Mərkəzində növbəti “Amerika təhsil yarmarkası” keçiriləcək. Yarmarkada ABŞ-ın 11 universiteti iştirak edəcək. Onun sözlərinə, yarmarkaya gələn qonaqlar təmsil etdikləri universitetlərin təhsil proqramları və fəaliyyəti barədə məlumat verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR