Bank Of Baku

Azərbaycan və İtaliya arasında səhiyyə sahəsində əməkdaşlıq genişlənəcək

Azərbaycan və İtaliya arasında səhiyyə sahəsində əməkdaşlıq genişlənəcək
# 06 aprel 2011 15:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. İtaliyada onkoloji, irsi qan xəstəliklərinin müalicəsinin çox inkişaf etməsini nəzərə alan Azərbaycan gələcəkdə bu sahələr üzrə İtaliya ilə əməkdaşlığı genişləndirməyi nəzərdə tutur. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev aprelin 5-9-da Azərbaycanda səfərdə olan İtaliyanın səhiyyə qurumlarının mütəxəssislərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib. Görüş 2010-cu il noyabrın 11-də Romada imzalanmış səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq sazişi çərçivəsində təşkil olunub. Görüşdə İtaliya Milli Hematologiya İnstitutunun və Milan Milli Onkologiya İnstitutunun rəhbərləri, İtaliya Səhiyyə Nazirliyinin məsul şəxsləri, eləcə də İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR