Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş keçirilib
# 07 aprel 2011 07:21 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Bakıda keçirilən ənənəvi Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-EUROASİA) bir qrup iştirakçısı ilə görüş keçirilib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Əfqanıstan, Litva, Makedoniya, Polşa və Taylanddan gəlmiş müəllim və şagirdlər iştirak edib.
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov olimpiada iştirakçılarını salamlayaraq ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş beynəlxalq layihə olimpiadasının 2007-ci ildən başlayaraq hər il ənənəvi olaraq keçirilməsini yüksək qiymətləndirdiyini bildirib.
Nazir tədbir iştirakçılarına Azərbaycanın tarixi, ekoloji problemlərin həlli istiqamətində ardıcıl və səmərəli tədbirlərin həyata keçirilməsi, ölkə ərazisində genişmiqyaslı yaşıllaşdırma işlərinin aparılması, çirklənmiş torpaqların təmizlənməsi və digər görülmüş işlər barədə məlumat verib.
Görüşdə iştirak edən olimpiada iştirakçıları isə Bakı şəhərinin onlarda xoş təəssüratlar yaratdığını bildirib, ətraf mühitin mühafizəsi ilə bağlı olimpiadaya təqdim etdikləri layihələr barədə danışıblar.
Sonda görüş iştirakçılarına hədiyyələr təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR