Bank Of Baku

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində bir neçə nəfər işdən çıxarılıb

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində bir neçə nəfər işdən çıxarılıb
# 07 aprel 2011 12:13 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Şəki Regional Hidrometeorologiya Müəssisəsində (RHM) apardıqları araşdırma zamanı bir sıra nöqsanlar aşkar ediblər. Bu barədə APA-ya nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Onun sözlərinə görə, araşdırma nəticəsində müəssisənin direktoru Akif Abbasovun fəaliyyətinin son illəri ərzində müvafiq ixtisaslı gənc kadr potensialından istifadə etmədiyi, mütəxəssislərə ehtiyac olduğu halda təcrübəsiz, müəssisənin fəaliyyət profilindən xəbərsiz olan şəxsləri işə cəlb etdiyi müəyyənləşib. Bu işçilərin əksəriyyətinin müəssisənin direktoru ilə qohumluq əlaqəsində olduğu da məlum olub. Şəki RHM-nin tabeliyindəki Qəbələ və Oğuz Hidrometeoroloji stansiyalarının fəaliyyətində də çatışmazlıqlar müəyyən edilib.

Ekologiya və təbii sərvətlər nazirinin müvafiq əmri ilə A. Abbasov, eyni zamanda bir sıra hidrometeoroloji stansiya və məntəqə rəhbərləri tutduqları vəzifədən azad edilib, mövcud nöqsanların aradan qaldırılması istiqamətində konkret tədbirlər müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR