Bank Of Baku

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib - FOTO

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib - <font color=red>FOTO</font>
# 07 aprel 2011 12:28 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Lənkəran rayonunun Liman şəhər 1 saylı orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbiri keçirib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə mərkəzin Operativ məlumat şöbəsinin baş zabiti Müsəddiq Əsədov “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, Operativ reaksiya vermə və əməliyyat planlaşdırma idarəsinin zabiti Elvin Əzimov “Radiasiya qəzası zamanı təhlükə”, Xüsusi xilasetmə hissəsinin xilasetmə növbəsinin həkimi Murad Zərbiyev “Yol-nəqliyyat qəzaları zamanı ilk tibbi yardım”, Mülki müdafiə işinin təşkili şöbəsinin zabiti Elçin Mustafayev “Təbii xarakterli fövqəladə hallardan mühafizə üsulları” və Ərazi orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Zaur Hüseynov “Baş vermiş partlayış nəticəsində dağılma zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi” mövzusunda məruzələrlə çıxış ediblər.
Daha sonra məktəblilərin fövqəladə hallar sahəsində intellektual səviyyəsini artırmaq məqsədilə şagirdlər arasında bilik yarışı keçirilib və birinci yeri tutanlara mərkəz tərəfindən qiymətli hədiyyələr verilib.
Tədbirin sonunda “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?” mövzusunda hazırlanmış broşürlar iştirakçılara paylanıb, mərkəzin fəaliyyəti ilə bağlı video, foto-slaydlar, xilasetmə alətləri və avadanlıqları əyani şəkildə nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR