Bank Of Baku

Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avrasiya regionu üzrə Regional Əlaqələndirmə Mərkəzi açılacaq

Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avrasiya regionu üzrə Regional Əlaqələndirmə Mərkəzi açılacaq
# 08 aprel 2011 08:34 (UTC +04:00)
Bakı. İlhamə Isabalayeva-APA. Bu ilin iyun ayında Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avrasiya regionu üzrə Regional Əlaqələndirmə Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək. Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev APA-ya bildirib ki, bu barədə razılıq BSTA-nın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən sonuncu iclasında əldə edilib.

İclasda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. BSTA Avropa Şəbəkəsi Rəhbər Komitəsinin budəfəki iclasında Şəbəkənin əhatə dairəsinin genişləndirilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və digər texniki məsələlər nəzərdən keçirilib. İclasda şəbəkədaxili idarəetmənin təkmilləşdirməsi məqsədilə üzv ölkələrin coğrafi və ünsiyyət dili prinsipləri əsasında 4 şərti region - Şimali Avropa, Cənubi Avropa, Mərkəzi Avropa və Avrasiya üzrə qruplaşdırılması və hər bir regionda yeni əlaqələndirmə mərkəzinin yaradılması diqqət mərkəzində olub.

Müzakirələrin yekununda Avrasiya regionu üzrə ölkələrin qruplaşdırılması və bura daxil edilmiş ölkələrin sığorta-pensiya və sosial müdafiə təşkilatlarının Bakıda Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun nəzdində təsis olunacaq BSTA-nın Regional Əlaqələndirmə Mərkəzi tərəfindən koordinasiya edilməsi barədə qərar qəbul olunub. BSTA-nın Baş Katibi Hans-Horst Konkolevski öz çıxışında Avrasiya regionunun BSTA üçün önəmi barədə toplantı iştirakçılarına geniş məlumat verib və Avrasiya regionu üzrə ölkələrin müvafiq qurumlarının əlaqələndirilməsi funksiyalarının Azərbaycan DSMF tərəfindən həyata keçiriləcəyini yüksək qiymətləndirdiyini bildirib.

İclas çərçivəsində DSMF sədri Səlim Müslümov BSTA Prezidenti Frank Errol Stuve və Baş Katib Hans-Horst Konkolevski ilə ikitərəfli görüşlər də keçirib. Görüşlər zamanı Bakıda BSTA-nın Regional Əlaqələndirmə Mərkəzinin yaradılması üzrə BSTA ilə DSMF arasında imzalanacaq Razılaşma Memorandumunun mətni, qarşılıqlı iş mexanizmləri, eyni zamanda, bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan BSTA-nın Texniki Seminarı ilə bağlı məsələlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR