Bank Of Baku

Gəncədə yüksək gərginlik elektrik veriliş xətlərinin mühafizə zolağında olan tikililərin sayı açıqlanıb

Gəncədə yüksək gərginlik elektrik veriliş xətlərinin mühafizə zolağında olan tikililərin sayı açıqlanıb
# 08 aprel 2011 09:05 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədə yüksək gərginlik elektrik veriliş xətlərinin mühafizə zolağında olan tikililərin sayı açıqlanıb. Gəncə Regional Elektrik Şəbəkəsi MMC-dən APA-ya verilən məlumata görə, şəhərdə belə təhlükəli ərazilərdə olan evlərin sayı 800-ə yaxındır. Belə evlər əsasən “Avtozavod” qəsəbəsi, “Gülüstan” qəsəbəsi, Muxtar Hacıyev və Ruzigar Qasımov küçələrində çoxluq təşkil edir. Gəncə Regional Elektrik Şəbəkəsi dəfələrlə sakinlərə belə xətlər altında üzləşə biləcəkləri təhlükələr barədə xəbərdarlıq etsə də, bu xəbərdarlıqlara məhəl qoyan olmayıb. İdarədən bildiriblər ki, belə evlərdə baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyəti yalnız ev sahibləri özləri daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR