Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu 25 dərəcəyədək yüksələcək

Azərbaycan ərazisində havanın temperaturu 25 dərəcəyədək yüksələcək
# 08 aprel 2011 09:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda və Abşeron yarımadasında aprelin 9-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, arabir güclənən gilavar küləyi gündüz arabir güclü xəzri ilə əvəz olunacaq, gecəyə doğru mülayimləşəcək. Havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 17-22 dərəcə isti olacaq.

Aprelin 10-da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olunacağı gözlənilir. Şimal-qərb küləyi səhər və gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 17-21 dərəcə, bəzi yerlərdə 24 dərəcəyədək isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 9-da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam və gecə bəzi şimal rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-12 dərəcə, gündüz 18-23 dərəcə, bəzi yerlərdə 25 dərəcəyədək isti, dağlarda gecə 1-5 dərəcə, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 20 dərəcəyədək isti olacaq.

Aprelin 10-da havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 1-6 dərəcə, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 22 dərəcəyədək isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR