Bank Of Baku

“Təmiz Şəhər” ASC tərəfindən Qala qəsəbəsində 60-dan çox tullantı meydançası qurulub

“Təmiz Şəhər” ASC tərəfindən Qala qəsəbəsində 60-dan çox tullantı meydançası qurulub
# 08 aprel 2011 09:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən Qala qəsəbəsində həyata keçirilən “Təmiz Qala” layihəsi çərçivəsində tullantıların toplanması üçün 60-dan çox tullantı meydançası qurulub, tullantıların daşınması üzrə marşrutlar müəyyən edilib, müntəzəm yığım və daşınma işi təşkil olunub. “Təmiz şəhər” ASC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daha 30 meydançanın qurulması planlaşdırılır. Tullantı konteynerləri sanitar və gigiyenik normalara uyğun olaraq mütəmadi təmizlənir. Hazırda tullantıların idarə edilməsinin düzgün və səmərəli icrası məqsədilə qəsəbədə tullantıların üzvi və qeyri-üzvi növləri üzrə evlərdə çeşidlənməsi sistemi tətbiq edilir. Bununla əlaqədar tullantı meydançaları izahedici stendlər və müxtəlif rəngli konteynerlərlə təchiz edilib.

Layihənin uğurlu icrasını və əhalinin layihədə fəal iştirakını təmin etmək üçün geniş təşviqat proqramı həyata keçirilir. Maarifləndirmə tədbirləri çərçivəsində Qala qəsəbəsindəki uşaq bağçalarında kiçik yaşlı uşaqlarla çoxsaylı görüşlər, qəsəbənin məktəblərində şagirdlərlə ekoloji maarifləndirici mövzularda açıq dərslər keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR