Bank Of Baku

Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçi heyəti üçün təlim strategiyası təqdim olunub

Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçi heyəti üçün təlim strategiyası təqdim olunub
# 08 aprel 2011 10:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan hökuməti və Dünya Bankı ilə birgə həyata keçirilən Sosial Müdafiənin İnkişafı Layihəsi çərçivəsində “Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Potensialının Artırılması” layihəsinin DƏMX-nin işçi heyəti üçün təşkil ediləcək təlim kurslarının strategiyası və təlim elementlərinin qısa icmalının təqdimatı keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə DƏMX-in mərkəzi aparatının əməkdaşları, bölgə rəisləri, layihənin ekspertləri iştirak ediblər. Layihənin rəhbəri, Niderland Əmək Müfəttişliyinin sabiq baş direktoru Paul Huijzendveld tədbir iştirakçılarına əməyin mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi bacarıqlarının təkmilləşdirilməsi, mütəxəssislər üçün təkmilləşdirmə təlimi, inzibati heyət üçün təlim barədə məlumat verib. 2010-cu ilin iyul ayından həyata keçirilən “Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması” layihəsi DƏMX-nin beynəlxalq tələblərə cavab verən strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına dəstək verilməsi məqsədi daşıyır. Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər peşə qəzaları və xəstəliklərinin azaldılması, iş şəraitinin yaxşılaşdırılması, işəgötürənlər, işçilər və ictimaiyyətin məlumatlandırılması səviyyəsinin artırılması və iş yerlərində qəzaların qarşısının alınması məsələsinə sosial tərəfdaşların cəlb olunmasına xidmət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR