Bank Of Baku

Dövlət Baytarlıq Xidməti: Azərbaycanda “quş qripi” xəstəliyinə görə vəziyyət sabitdir

Dövlət Baytarlıq Xidməti: Azərbaycanda “quş qripi” xəstəliyinə görə vəziyyət sabitdir
# 08 aprel 2011 10:40 (UTC +04:00)
Bakı - APA. Azərbaycanda martın 28-dən “quş qripi” xəstəliyinə görə başlanmış ilin dördüncü monitorinqi zamanı seçmə üsulla ovlanaraq götürülən 19 baş çöl quşunun patoloji materialı, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1206 baş ev quşunun qan nümunəsi, eləcə də 35 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müayinələrdən keçirilib. Dövlət Baytarlıq Xidmətindən APA-ya verilən məlumata görə, müayinələr aprelin 8-də yekunlaşıb. Müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.

Nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də dənizsahili zonalarda keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR