Bank Of Baku

Azərbaycanla Türkiyə arasında arxiv sahəsində əməkdaşlıq protokolu imzalanacaq

Azərbaycanla Türkiyə arasında arxiv sahəsində əməkdaşlıq protokolu imzalanacaq
# 08 aprel 2011 10:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ötən ilin ikinci yarısında Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında arxiv sahəsində əməkdaşlıq protokolunun layihəsi üzərində işə başlanılıb. APA-nın məlumatına görə, bu barədə Milli Arxiv İdarəsində (MAİ) keçirilən kollegiyada idarənin təşkilat-metodika şöbəsinin müdiri Kamal Ağayev bildirib. Onun sözlərinə görə, artıq MAİ Azərbaycanın Xarici İşlər Nazirliyi vasitəsilə öz təkliflərini qarşı tərəfə təqdim edib. Bu il Qazaxıstan Milli Arxiv İdarəsi ilə də əməkdaşlıq haqqında sazişin imzalanması, Stokholm (İsveç) Biznes Tarixi Mərkəzi ilə razılaşma protokolunun şərtlərindən irəli gələn vəzifələrin həyata keçirilməsi və Finlandiya Mili Arxivi ilə əlaqələrin yaradılması və rəsmiləşdirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR