Bank Of Baku

“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə dəyişikliklər barədə qanun layihəsi qəbul edilib

“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə dəyişikliklər barədə qanun layihəsi qəbul edilib
# 08 aprel 2011 10:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin iclasında “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. APA-nın məlumatına görə, dəyişikliklər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklik miqrasiya orqanları əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib.

Təklif olunan dəyişikliyə əsasən miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25%-i miqrasiya işçilərinin sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının hesabına keçiriləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Ə. Hüseynli deyib ki, qanuna əlavələr təsdiq olunduqdan sonra vəsaitdən istifadə qaydaları da müəyyənləşəcək. Bu, indiki şəraitdə müsbət addımdır və miqrasiya işçiləri əməkdaşlarının maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcək”.

Əlavə və dəyişikliklər müzakirələrdən sonra təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR