Bank Of Baku

Marneulidə gürcü yazıçısı Cabu Amirecibinin “Data Tutaşxiya” əsərinin təqdimatı keçirilib - FOTO

Marneulidə gürcü yazıçısı Cabu  Amirecibinin “Data Tutaşxiya” əsərinin təqdimatı keçirilib  - <font color=red>FOTO</font>
# 08 aprel 2011 13:25 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) gürcü yazıçısı Cabu Amirecibinin “Data Tutaşxiya” əsərinin təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflisdə fəaliyyət göstərən “Qafqaz Evi”nin təşkilatçılığı ilə baş tutan tədbirdə Gürcüstan və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbiri AMM-in rəhbəri Fazil Həsənov açaraq bu tədbirin böyük əhəmiyyət daşıdığını və gürcü-Azərbaycan ədəbi əlaqələrində yeni mərhələ başlandığını qeyd edib. “Qafqaz Evi” nin rəhbəri, yazıçı Naira Qelaşvili bildirib ki, ziyalılar Qafqazın birləşməsi ideyası ilə çıxış etməlidirlər: “Bu gün Qafqaz od vurulmuş bir sahədir. Burada yaşamaq çətindir. Qafqazın bu hala gəlməsində böyük qüvvələrin rolu var. Biz Qafqazın təbii sərvətlərindən faydalana bilmirik”.
Tədbirdə ilk dəfə “Quran”ı gürcü dilinə tərcümə edən Georgi Lobjanidze, Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusifov, Gürcüstan Reinteqrasiya Nazirliyinin əməkdaşı Zaira Musayeva, Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Xələddin Yolçuyev və əsərin tərcüməçisi Emin Mahmudov və başqaları çıxış edərək “Data Tutaşxiya” əsərinin vətənpərvərlik motivləri təbliğ edən əsər olduğunu bildiriblər.
Tədbirdə AMM-in rəhbəri Fazil Həsənov “Qafqaz Evi”nin rəhbəri Naira Qelaşviliyə Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Qarabağ xanəndələri” kitabını bağışlayıb.
Tədbirdə təklif olunub ki, Azərbaycan yazıçı və şairlərinin əsərləri və qəhrəmanlıq dastanları, o cümlədən “Qaçaq Kərəm” əsəri gürcü dilinə tərcümə olunsun.
Sonda Georgi Lobjanidze gürcü dilində nəşr olunan “Quran” kitabını F. Həsənova hədiyyə verib. Təqdimat mərasimində “Qafqaz Evin”də nəşr olunan kitabların sərgisi keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR