Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə fevral və mart ayları ərzində 164 müraciət daxil olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  “Qaynar xətt”inə fevral və mart ayları ərzində 164 müraciət daxil olub
# 08 aprel 2011 13:29 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər hallar barədə müraciətlər qəbul edilir. 2011-ci ilin fevral və mart ayları ərzində ETSN-nin “Qaynar xətt”inə 164 müraciət daxil olmuş və Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ağacların kəsilməsi ilə əlaqədar 21, aşma təhlükəsinin olması ilə əlaqədar 134, havadan gələn kəskin qoxu ilə bağlı 4, məişət tullantılarının qalaqlanması ilə bağlı 6, səs-küylə əlaqədar isə 1 müraciət daxil olub.
Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş müraciətlər Nazirliyin əməkdaşları tərəfindən araşdırılaraq 9 şikayət üzrə fakt təsdiqlənib və qanuna müvafiq tədbirlər görülüb, 12 müraciət isə öz təsdiqini tapmayıb. Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 134 müraciətdən 131-nə yerində baxış keçirilərək təhlükə yaradan ağaclara müvafiq rəy və təkliflər verilib, 3 müraciət isə icradadır. Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi və səs-küy ilə əlaqədar daxil olmuş 11 müraciətdən 5-i ilə bağlı qanuna müvafiq tədbirlər görülüb. 6 müraciət isə nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb. Araşdırmalar zamanı daxil olan müraciətlərin çox hissəsinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR