Bank Of Baku

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda auditizm xəstəliyindən əziyyət çəkənlərin sayını artırıb

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda auditizm xəstəliyindən əziyyət çəkənlərin sayını artırıb
# 08 aprel 2011 13:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Auditizm xəstəliyi Azərbaycanda geniş yayılıb. Bu xəstəlik əsasən uşaqlarda müşahidə olunur və erkən yaşlarda aşkarlamaq mümkündür”. APA-nın məlumatına görə, bu sözləri “Beynəlxalq Əlillər Dünyası” İctimai Birliyinin təşkilatçılığı ilə “Auditizm xəstəliyi: yaranma səbəbləri, fəsadları və onunla mübarizə” mövzusunda keçirilən tədbirdə həkim-pediatr Təranə İsmayılova deyib.

T. İsmayılova bildirib ki, çox vaxt auditizm xəstəliyi uşaqlarda anadangəlmə olur. Bu xəstəliyin müşahidə edildiyi uşaqlar əlilə oxşamırlar, amma əlil hesab oluna bilərlər. Xəstəliyinin yaranma səbəblərini bir çox alimlər uşağın beynində neyronların sayının az olması ilə əlaqələndirirlər. Neyronların say azlığı isə ananın hamiləlik dövründə müəyyən infeksiya daşıyıcısı olmasından qaynaqlanır. Xəstəliyin yaranma səbəblərini eyni zamanda, beyin toxumlarının əzilməsi, genetik amillərlə də əlaqələndirirlər. Həkimin sözlərinə görə, belə uşaqlar səbəbsiz ağlayır, səbəbsiz gülürlər. Sual verdikdə ona cavab verməyib sualı dəfələrlə təkrarlayırlar. Ağrıya, ətrafdakı hadisələrə qarşı laqeyd, tamam süst, yaxud da çox hərəkətli olurlar. Belə uşaqlar çox vaxt gec danışırlar. Hətta 5 yaşından sonra danışa bilərlər. Amma valideynlər çox vaxt bunu səhv başa düşüb, uşağı başqa istiqamət üzrə müalicə etdirirlər. Əgər uşaq erkən yaşda müalicə edilərsə, onun xəstəliyini müalicə etmək olar. Amma müalicə dərmanla deyil, fiziki baxımdan olur”.

Beynəlxalq Əlillər Dünyası” İB-nin İdarə Heyətinin üzvü Faiq Babayev isə qeyd edib ki, bu xəstəliyin fəsadlarını aradan qaldırmaq üçün belə uşaqların digər uşaqlarla ünsiyyətini təmin etmək, ona xüsusi diqqət göstərmək lazımdır. F. Babayev hesab edir ki, ailə tərbiyəsi, ailə üzvlərindən birinin spirtli içkilərdən istifadəsi, stress də bu xəstəliyinin yaranmasına gətirib çıxarır. Bunun nəticəsində uşaqlar özlərinə çox qapanaraq ətraf mühitə qarşı reaksiyasız olurlar.

Birliyin sədri Tahir Xudiyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yarandıqdan sonra bu xəstəliyə düçar olanların sayı artıb. O, Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin sayının bəlli olmadığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR