Bank Of Baku

ADU-da «ABŞ-da media» mövzusunda mühazirə oxunub

ADU-da «ABŞ-da media» mövzusunda mühazirə oxunub
# 09 aprel 2011 08:24 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksinin Amerika mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin tərəfindən «ABŞ-da media» mövzusunda mühazirə oxunub. Mühazirədə Regionşünaslıq kafedrasının müəllimi Ağarəhim İsmayılov və Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Amerikaşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.

ADU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K.Bin ilk növbədə Amerikada mövcud olan media növləri - televiziya, radio, qəzet, jurnal və internet saytlarından və onların cəmiyyətdə böyük əhəmiyyətə malik olmasından danışıb. O bildirib ki, Amerikada söz və mətbuat azadlığı hökm sürür.

K.Bin 1980-cı illərdən başlayaraq ABŞ-da Ronald Reyqanın hakimiyyətə gəlişindən sonra medianın daha da inkişaf etdiyini, həmin dövrdə televiziyanın daha çox siyasətdən bəhs etdiyini vurğulayıb. Bundan əlavə, informasiyanın əldə edilməsində insanların bir sıra sosial şəbəkələrdən geniş istifadə etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR