Bank Of Baku

TQDK sabah sınaq imtahanları keçirəcək

TQDK sabah sınaq imtahanları keçirəcək
# 09 aprel 2011 11:38 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, sınaq imtahanları Azərbaycanın 7 rayonunda keçiriləcək. İmtahanların nəticələri komissiyanın İnternet saytında yerləşdiriləcək. Bu imtahanda iştirak etmək üçün 15 mindən çox abituriyent qeydiyyatdan keçib.

E. Nağızadə deyib ki, sınaq imtahanlarına yalnız öz şəxsiyyət vəsiqəsi əsasında qeydiyyatdan keçən abituriyentlər buraxılacaq.

TQDK rəsmisinin sözlərinə görə, növbəti sınaq imtahanı aprelin 17-də keçiriləcək. Bu imtahan ölkənin 22 rayon və şəhərini əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR