Bank Of Baku

Azərbaycan paytaxtında ağacəkmə ilə bağlı növbəti iməcilik keçirilib

Azərbaycan paytaxtında ağacəkmə ilə bağlı növbəti iməcilik keçirilib
# 09 aprel 2011 12:56 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 14-cü kilometrliyində iməcilik keçirilib.
Nazirlikdən APA-ya verilən məlumata görə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun da iştirak etdiyi iməcilikdə Nazirliyin əməkdaşları ilə birgə «Yaşıl Bakı» İctimai Birliyinin üzvləri də iştirak edib, ümumilikdə 4 hektar sahədə 3 min ədəd sərv və zeytun ağacları əkilib. Ağacəkmə ilə bağlı iməciliklər respublikanın bütün yerli meşə təsərrüfatlarında, o cümlədən Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarında da keçirilib.
Nazirlik ölkə ərazisində ağacəkmə ilə bağlı iməcilikləri davam etdirəcək və bunun respublika əhəmiyyətli ekoloji tədbir olduğunu nəzərə alaraq digər dövlət və qeyri-dövlət qurumları, vətəndaşları bu aksiyaya qoşulmağa çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR