Bank Of Baku

Bakıda autizm xəstəliyinə həsr olunmuş tədbir keçirilib

Bakıda autizm xəstəliyinə həsr olunmuş tədbir keçirilib
# 09 aprel 2011 15:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bakıda «Beynəlxalq Əlillər Dünyası» İctimai Birliyinin təşkilatçılığı ilə «Autizm xəstəliyi: yaranma səbəbləri, fəsadları və onunla mübarizə» mövzusunda tədbir keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə BMT Baş Katibinin Ümumdünya autizm problemi haqqında informasiyanın yayılması günü ilə əlaqədar aprelin 2-də müraciəti oxunub. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının sektor müdiri Yeganə Cəfərova isə çıxışında ölkəmizdə psixiatrik yardımın 2001-ci ilin sentyabrın 3-də qəbul olunan «Psixiatrik yardım haqqında» qanunla tənzimləndiyini qeyd edib. O deyib ki, ölkədə azadlıqdan məhrum edilmiş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlandığı müəssisələrə, müvəqqəti saxlanma təcridxanalarına, penitensiar müəssisələrə, o cümlədən psixiatrik xəstəxanalara, ahıllar və uşaq evlərinə Müvəkkilin və əməkdaşlarının müntəzəm baxışları həyata keçirilir. Ombudsmanın nümayəndəsi autizm xəstəliyi haqqında əhalinin maarifləndirilməsinin, müvafiq səhiyyə təşkilatlarının, dövlət qurumlarının və QHT-lərin birgə səyləri ilə bu xəstəliyin statistikasının müəyyənləşdirilməsinin, onu törədən səbəblərin araşdırılmasının, bu xəstəlikdən əziyyət çəkənlərin erkən aşkar edilərək, müalicəyə yönəldilməsinin zəruriliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR