Bank Of Baku

Almaniyada Azərbaycan Gənc Təbiblərin I Almaniya Forumu keçirilir

Almaniyada Azərbaycan Gənc Təbiblərin I Almaniya Forumu keçirilir
# 09 aprel 2011 16:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Almaniyanın Manhaym şəhərində «Mükəmməl təbabətə doğru» adı altında Azərbaycan Gənc Təbiblərin I Almaniya Forumu işə başlayıb.

Forumun Təşkilat Komitəsindən APA-ya verilən məlumata görə, forumda 15 müxtəlif ölkədən 100-dən çox azərbaycanlı gənc-təbib iştirak edir. Toplantıda tədbirin missiyası haqqında tibb elmləri doktoru Vüqar Yaqublu və ASAIF-in rəhbəri Orxan Əkbərov məlumat verib. Sonra Manhaym Universitetinin Tibb Klinikasının direktoru, professor Stefan Post çıxış edib. Azərbaycan parlamentinin deputatı Ceyhun Osmanlı isə bu növ forumların və xaricdə təhsil alan gənclərin təşkilatlanmasının əhəmiyyəti haqqında danışıb. Təhsil Nazirliyi xarici əlaqələr şöbəsinin müdiri Qulu Novruzov, Diasporla İş Komitəsinin nümayəndəsi Vaqif Seyidbəyli, tibb elmləri doktoru Qurban Müslümov Azərbaycan tibb təhsili və elminin gələcək perspektivləri haqqında fikirlərini paylaşıblar. Açılış mərasiminin sonunda Mannhaym Universitetinin tibb fakültəsinin dekanı Harald Klüter Manhaym Klinikasında tibb təhsil sistemi modeli haqqında iştirakçıları məlumatlandırıb. Günün sonunda isə Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə forum çərçivəsində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunan ziyafət təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR