Bank Of Baku

Qarabağ bölgəsində güclü külək müşahidə olunur

Qarabağ bölgəsində güclü külək müşahidə olunur
# 09 aprel 2011 16:55 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu – APA. Bu gün səhər saatlarında Azərbaycanın Qarabağ bölgəsində müşahidə olunan güclü külək özü ilə Bərdə rayonuna qırmızı toz dumanı gətirib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bəzi mənbələr iddia edir ki, qırmızı duman Gəncə şəhərində fəaliyyət göstərən Alüminium Zavodunun tullantılarıdır və güclü külək bu tozu ətraf bölgələrə yayıb. Eyni zamanda, dumanın Ərəbistan çöllərindən gəlməsi ilə də bağlı ehtimallar səslənir.

Qarabağ ətrafı digər bölgələrdə də güclü külək müşahidə olunub. Bu hava şəraitindən daha çox zərər Tərtər rayonuna dəyib - bəzi yerlərdə elektrik xətlərində problemlər yaranıb, lakin qısa zaman ərzində bunlar həll olunub.

Ağdam rayonunun işğal olunmayan ərazisində isə güclü külək bir müddət mobil rabitədə problemlər yaradıb. Mobil rabitə operatorlarının bəziləri müəyyən fasilələrlə fəaliyyət göstərib, mobil internet isə axşam saatlarına qədər işləmək gücündə olmayıb. Günorta saatlarından sonra vəziyyət getdikcə stabilləşməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR