Bank Of Baku

AVCİYA yeni layihənin icrasına başlayıb

AVCİYA yeni layihənin icrasına başlayıb
# 11 aprel 2011 08:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Seçici hüquqlarının müdafiəsinin, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili ” adlı layihənin icrasına başlayıb. APA-nın məlumatına görə, layihənin əsas məqsədi seçicilərin hüquqlarının müdafiəsinə yaxından kömək göstərmək, şəffaf və demokratik seçkilərin keçirilməsinə dəstək verməkdir. Bunun üçün seçki qanunvericiliyinin təkmilləşdirilməsi, əhali arasında maarifçilik işlərinin aparılması, seçicilərin demokratik seçkilərə inamını daha da artırmaq layihənin qarşısında duran əsas vəzifələrdəndir. Azərbaycana seçki qanunvericiliyinin təkmilləşdirilməsində yardımçı olan Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq etmək, onlar tərəfdən daha real təkliflərin irəli sürülməsinə yardımçı olmaq da layihənin əsas vəzifələri sırasındadır.
4 ay müddətində icra ediləcək layihə çərçivəsində ölkənin 5 regionunda seminar keçirilməsi, seçki qanunvericliyinin təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və kitab nəşri nəzərdə tutulur.

Qeyd edək ki, Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR