Bank Of Baku

AMEA və Fransa Milli Elmi Tədqiqat Mərkəzi ikitərəfli elmi əməkdaşlıq layihələri müsabiqəsi elan edib

AMEA və Fransa Milli Elmi Tədqiqat Mərkəzi ikitərəfli elmi əməkdaşlıq layihələri müsabiqəsi elan edib
# 11 aprel 2011 08:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Fransa Milli Elmi Tədqiqat Mərkəzi (FMETM) dəqiq, təbiət, humanitar, sosial elmlər sahəsində fundamental və tətbiqi tədqiqatları əhatə edən ikitərəfli elmi əməkdaşlıq layihələri müsabiqəsi elan edib. AMEA-nın mətbuat xidmətindən APA-y verilən məlumata görə,
2012-ci il yanvarın 1-dən start veriləcək layihə 2013-cü il dekabrın 31-də başa çatacaq. AMEA-nın bütün elmi-tədqiqat institutları və FMETM-in təşkilatları müsabiqədə iştirak edə bilərlər. Təkliflər müstəqil ekspertlər tərəfindən qiymətləndiriləcək. Layihələr keyfiyyət və yenilik, FMETM-AMEA əməkdaşlığının inkişafı üçün perspektivlər, gənc elmi tədqiqatçıların cəlb olunması baxımından seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR