Bank Of Baku

Ermənistan Avropa Gənc Alimlər Şurasının üzvlüyündən xaric edilib

Ermənistan Avropa Gənc Alimlər Şurasının üzvlüyündən xaric edilib
# 11 aprel 2011 08:40 (UTC +04:00)
Bakı-APA. 31 mart - 4 aprel tarixində Vilnüsdə Avropa Gənc Alimlər Şurasının (Eurodoc) Baş Assambleyasının İllik Yığıncağı keçirilib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin prezidenti, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fəlsəfə doktoru İlqar Orucovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Tədbirdə ölkəmizə dair təqdimat keçirilib və Azərbaycan Avropa Gənc Alimlər Şurasına üzv qəbul olunub. Daha sonra Ermənistanı qurumda təmsil edən Ekososium təşkilatının son beş il ərzində fəaliyyətinin olmaması səbəbindən Ermənistanın üzvlükdən xaric olunması səsə qoyulub və böyük səs çoxluğu ilə Ermənistan qurumdan xaric edilib.

Həmçinin, illik toplantıda Şuranın Nizamnaməsinə bəzi dəyişikliklər edilməsi, yeni İdarə Heyətinin, Katibliyin və maliyyə komissiyasının seçilməsi məsələləri də müzarirə edilib. Fransa Gənc Alimlər Konfederasiyasının prezidenti Lüdovik Garattini Avropa Gənc Alimlər Şurasının yeni prezidenti seçilib.

İllik toplantının sonunda Polşada keçiriləcək növbəti- 2012-ci il üçün Baş Assambleyanın İllik Yığıncağına hazırıq, təşkilatın gələcək fəaliyyəti ilə bağlıplanlar, üzv dövlətlərin aktivliyi məsələləri də müzakirə edilib.

Azərbaycan nümayəndə heyətinin səfəri AMEA və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən dəstəklənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR