Bank Of Baku

“Elektron Təhsil” müsabiqəsinə start verilib

“Elektron Təhsil” müsabiqəsinə start verilib
# 11 aprel 2011 09:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Təhsil Nazirliyi “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində “Elektron Təhsil” Respublika Müsabiqəsinə start verib. İKT İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, müsabiqəni “Microsoft Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Azerfon-Vodafone”, AZEDUNET, “Ultra”, HP, MƏDƏD təşkilatları dəstəkləyir.

Müsabiqə “Təhsildə internet texnologiyaları" və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdir.

“Təhsildə internet texnologiyaları” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları, bloqlar və digər internet layihələri təqdim edilə bilər. Qaliblər “Təhsildə internet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunacaq. İki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR