Bank Of Baku

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Azərbaycan üzrə nümayəndəsi Bakıya gəlib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Azərbaycan üzrə nümayəndəsi Bakıya gəlib
# 11 aprel 2011 09:46 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.

O deyib ki, səfər zamanı A. Çupov AEBA-nın Azərbaycanla birgə icra etdiyi 6 layihənin icrası ilə maraqlanacaq. Sabah səhər AEBA təmsilçisi Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində, daha sonra Standartlaşma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində görüşlər keçirəcək.

Aprelin 13-də A. Çupov Gəncədə Onkologiya Dispanserində yeni avadanlıqların quraşdırılması mərasimində iştirak edəcək, aprelin 14-də isə AMEA və Fövqəladə Hallar Nazirliyində müzakirələr aparacaq. AEBA nümayəndəsinin səfəri aprelin 15-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR