Bank Of Baku

Azərbaycanda cəbhəyanı yaşayış məntəqələrində ilanların çoxalması müşahidə edilir

Azərbaycanda cəbhəyanı yaşayış məntəqələrində ilanların çoxalması müşahidə edilir
# 11 aprel 2011 11:39 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. Hava şəraitinin o qədər də isti keçməməsinə baxmayaraq, artıq cəbhəyanı yaşayış məntəqələrində ilanların çoxalması müşahidə olunmağa başlayıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, son vaxtlar Tərtərin Dəmirçilər və Qapanlı kəndlərində ilan sürüləri peyda olub. Rayonun Dəmirçilər kəndi Ərazi İcra Nümayəndəliyindən APA-ya bildirilib ki, bir neçə gün əvvəl ilan sürüləri ev heyvanlarına hücum çəkib. İlanın bir ev itini sancmasından sonra yerli sakinlər 15 ilandan ibarət sürünü məhv ediblər. Daha bir ilan sürüsü Tərtərin Qapanlı kəndində qeydə alınıb. Kənd sakinləri APA-nın Qarabağ bürosuna bildiriblər ki, aprelin 11-də səhər saatlarında kəndin yaşayış massivlərinə yaxın ərazilərdə ilan sürüləri görünüb. Tərtər Rayon Baytarlıq İdarəsinin rəisi Məhərrəm Əliyev APA-ya açıqlamasında sakinlərin müraciətinə əsasən Qapanlıda ilanların məhvi üçün dərman preparatları verildiyini və müvafiq tədbirlər görüldüyünü deyib. M. Əliyev onu da bildirib ki, sözügedən ərazilərdə qeydə alınan ilanlar o qədər də təhlükəli xarakter daşımır. Bu heyvanlar insanlara hücum etməyə meylli hesab olunmurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR