Bank Of Baku

Bakıda əmək yarmarkalarının keçirilmə tezliyində dəyişiklik edilib

Bakıda əmək yarmarkalarının keçirilmə tezliyində dəyişiklik edilib
# 11 aprel 2011 12:30 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Bakıda əmək yarmarkalarının keçirilmə tezliyində dəyişiklik edib. Bu barədə “APA-Economics”ə ƏƏSMN-nin Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov məlumat verib.

O bildirib ki, əvvəllər Bakı şəhərində ildə bir dəfə böyük yarmarka keçirilirdi: “Artıq bundan imtina etmişik. Yarmarkanın il ərzində bir dəfə keçirilməsi əhali üçün çətinlik yaradırdı. Buna görə də bu ildən Bakının hər bir rayonu üzrə kiçik yarmarkaların keçirilməsinə başlanılıb. Bu da imkan verir ki, işaxtaran vətəndaşlar ilin sonunu gözləməsinlər. Hesab edirik ki, kiçik yarmarkalar insanların özünə iş tapmasında daha çox effekt verəcək”.

Ş.Xələfov bildirib ki, artıq hər bir rayonda il ərzində bir neçə yarmarka keçiriləcək: “Ola bilsin ki, hər rübdə hər bir rayonda 1-2 yarmarka keçirilsin. Bundan sonra müəssisədə çoxlu vakansiya yarandıqda, müəssisəsinin özündə, yaxud yerli məşğulluq orqanında yarmarka keçirə biləcəyik”.

Rəis müavinin sözlərinə görə, bu ilin ilk rübü ərzində artıq Bakıda 11 kiçik yarmarka keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR