Bank Of Baku

Vyanada dünya seysmoloqlarının toplantısı keçirilib

Vyanada dünya seysmoloqlarının toplantısı keçirilib
# 11 aprel 2011 14:44 (UTC +04:00)
Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda mərkəzin direktoru Qurban Yetirmişli və makroseysmik tədqiqatlar şöbəsinin müdiri Etibar Qaravəliyev iştirak ediblər. Dünyanın müxtəlif ölkələrindən minə yaxın qonağın iştirak etdiyi toplantıda Yer elmləri üzrə aparılan tədqiqatlar barədə plakat afişa məruzələri dinlənilib, təqdimat və təhsil marketləri, müasir geofiziki avadanlıqların təqdimatı, yeni ədəbiyyatların nümayişi və satışı təşkil edilib.

Plakat afişa məruzəsində "Azərbaycan üçün seysmik təhlükəliliyin hesablanması" mövzusunda tədqiqat işi təqdim olunub. Tədbirdə Q. Yetirmişli aparılmış tədqiqatlardan alınmış nəticələrlə bağlı məruzə ilə çıxış edib. Çıxışı zamanı Q. Yetirmişli Azərbaycanda aparılan seysmoloji tədqiqatların səviyyəsindən və seysmik monitorinq üçün istifadə olunan “Kinemetrics” stansiyalarının tətbiqi və regionda ilk dəfə olaraq Azərbaycan tərəfindən Xəzər dənizində quraşdırılacaq seysmik stansiyalar haqqında geniş məlumat verib.

E. Qaravəliyev isə Azərbaycan ərazisində hiss olunmuş güclü zəlzələlər, aparılan makroseysmik tədqiqatlar haqqında məruzə ilə çıxış edib. Azərbaycanlı alimlərin tədqiqatları toplantı iştirakçılarında xüsusi maraq doğurub, bir sıra xarici ölkələrin institutları ilə qarşılıqlı əlaqələrin yaradılması istiqamətində razılaşmalar əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR