Bank Of Baku

AMEA-da aparılacaq islahatlarla bağlı UNESCO ekspertlərinin hesabatı may ayında təqdim olunacaq

AMEA-da aparılacaq islahatlarla bağlı UNESCO ekspertlərinin hesabatı may ayında təqdim olunacaq
# 12 aprel 2011 08:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aparılacaq islahatlarla bağlı UNESCO ekspertlərinin hesabatı Azərbaycana may ayında təqdim olunacaq. Bunu APA-ya açıqlamasında AMEA prezidenti Mahmud Kərimov bildirib. O deyib ki, sənəd AMEA-da geniş müzakirə olunacaq, daha sonra UNESCO və Azərbaycan hökuməti ilə razılaşdırılacaq. Bundan sonra AMEA-da islahatlar başlayacaq.

M. Kərimovun sözlərinə görə, islahat zamanı AMEA alimlərinin yuxarı yaş senzi məsələsinin necə həll olunacağı hələ müəyyənləşməyib: “Hələlik Azərbaycanda “Elm haqqında” qanun qəbul olunmayıb. Qanun olmadığından bu məsələ hələ ki açıq qalır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR