Bank Of Baku

“Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsi ictimai müzakirəyə çıxarılacaq

“Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsi ictimai müzakirəyə çıxarılacaq
# 12 aprel 2011 09:48 (UTC +04:00)
Bu barədə APA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

Deputatın sözlərinə görə, ictimai müzakirələr millət vəkillərinin, dövlət strukturlarının və vətəndaş cəmiyyətini təmsil edən ekspertlərin iştirakı ilə keçiriləcək. Müzakirələrdə sözügedən qanunun tətbiqi və onun icrası, verəcəyi nəticələrə dair fikir mübadiləsi aparılacaq.

Qanun layihəsinin parlamentin yaz sessiyasında müzakirəyə çıxarılıb-çıxarılmayacağına gəlincə, M. Quliyev bunun sessiyanın iş planından asılı olduğunu söyləyib.

Qeyd edək ki, qanun qapalı yerlərdə, təhsil və səhiyyə müəssisələrində, təhsil müəssisələrinin (bağçalar, orta və ali məktəblər və s.) ətrafında, ictimai iaşə obyektlərində, vağzallarda, hava limanlarında, restoranlarda, iş yerlərində siqaret çəkilməsini qadağan edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR