Bank Of Baku

Azərbaycanda imtiyazlı vətəndaşlar üçün dərmanların siyahısı genişləndiriləcək

Azərbaycanda imtiyazlı vətəndaşlar üçün dərmanların siyahısı genişləndiriləcək
# 12 aprel 2011 11:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yaxın gələcəkdə Azərbaycanda həyati vacib dərman preparatlarının siyahısına yenidən baxılacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda həyati vacib dərman preparatlarının siyahısına yenidən baxılaraq, siyahının yeni tərkibi təsdiq olunacaq.

Nazir müavini onu da bildirib ki, imtiyazlı əhali qrupuna daxil olan vətəndaşlar üçün dərmanların siyahısı mütəmadi olaraq genişləndirilir: «Hazırda bu siyahıda 115 adda dərman preparatları əks olunub və tibb müəssisələrində pulsuz verilir. Yaxın gələcəkdə çeşid bir qədər də genişləndiriləcək».

Ölkədə vahid resept blanklarının tətbiqinə gəldikdə isə, E.Ağayev bildirib ki, artıq Bakı və Sumqayıt kimi şəhərlərdə sözügedən blankların tətbiqinə başlanılıb və hazırda blanklar ölkə regionlarında da tətbiq olunur: «Bu ilin sonunadək vahid resept blanklarının ölkədə tam tətbiqi başa çatdırılacağı gözlənilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR