Bank Of Baku

Azərbaycanda bakalavrların yekun buraxılış dövlət attestasiyasının təkmilləşdirilməsi üçün təkliflər hazırlanır

Azərbaycanda bakalavrların yekun buraxılış dövlət attestasiyasının təkmilləşdirilməsi üçün təkliflər hazırlanır
# 12 aprel 2011 12:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Dillər Universiteti (ADU) bakalavr pilləsində təhsil alan ali təhsil müəssisəsi tələbələrinin yekun buraxılış dövlət attestasiyasının təkmilləşdirilməsi üçün təkliflər hazırlayır. ADU-nun tədris işləri üzrə prorektoru Natiq Yusifov APA-ya bildirib ki, yekun buraxılış dövlət attestasiyası dövlət imtahanı, fənlərarası yekun buraxılış imtahanı və buraxılış işi formasında keçirilə bilər: “Bu attestasiya 1997-ci ildə qəbul edilmiş əsasnamə ilə tənzimlənir. 1997-ci ildən sonra Azərbaycan təhsil sistemində çox ciddi dəyişikliklər olub. Bunların ən əhəmiyyətlisi Azərbaycanın ali təhsil sisteminin Avropanın ali təhsil sisteminə inteqrasiyası, Boloniya prosesinə qoşulmaqdır. 2005-ci ildə Azərbaycan Boloniya prosesinə qoşulub, 2010-cu ildə yeni “Təhsil haqqında” qanun qəbul olunub. Bütün bu sənədlər imkan verir ki, Azərbaycan ali təhsil sistemində yekun buraxılış attestasiyasının məzmunu və forması yeniləşsin, dünya təcrübəsinə uyğunlaşdırılsın. Biz universitet olaraq, bu işin başlanması təşəbbüsü ilə çıxış edirik”.

N. Yusifov deyib ki, heç bir halda yekun buraxılış dövlət attestasiyasından imtina nəzərdə tutulmayacaq: “Tələbə universitetə qəbul olunduğu kimi, onu bitirməyi də məntiqi bir tədbirlə, sınaqla yekunlaşdırmalıdır. İndi sadəcə, həmin formanın təkmilləşdirilməsi üçün araşdırmalar aparır, ekspertlərin rəyini öyrənirik. Müəyyənləşdirmək istəyirik ki, necə etsək, bizim təhsil sənədlərimiz Avropa məkanında daha çox qəbul edilər”.

N.Yusifov bildirib ki, təkliflər 1-2 həftəyə hazır olacaq. Daha sonra isə Təhsil Nazirliyinə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR