Bank Of Baku

Yaxın günlərdə Azərbaycan ərazisində Kürün səviyyəsi daha 30-40 sm arta bilər

Yaxın günlərdə Azərbaycan ərazisində Kürün səviyyəsi daha 30-40 sm arta bilər
# 12 aprel 2011 14:51 (UTC +04:00)
Ötən il Kürün bu hissəsində suyun səviyyəsi 366, bu il isə 336 sm-dir”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, Kürün səviyyəsində baş verən artım Gürcüstanda yağan yağışlarla əlaqədardır.

Baş hidroloq bildirib ki, hazırda Gürcüstanda yağıntılar müşahidə edilir. Bununla yanaşı, bu gün və sabah Azərbaycanda da yağışların yağacağı gözlənilir. Bununla əlaqədar Kürdə, eləcə də respublikanın digər çaylarında suyun səviyyəsində artım proqnozlaşdırılır. Kürdə artımın çayın yuxarı, yəni Gürcüstana yaxın hissəsində olacağı gözlənilir. Burada artım 30-40 sm ola bilər: “Amma nə hazırkı, nə də gözlənilən artım təhlükə yaratmayacaq. Çünki Mingəçevir Su Anbarının ehtiyatı ötən illə müqayisədə iki dəfə çoxdur”.

A. Verdiyev onu da əlavə edib ki, aprelin sonu, mayın əvvəllərində Kür çayında suyun səviyyəsində daha çox artımın baş verəcəyi proqnozlaşdırılır. Bu artımın baş verməsinin əsas səbəblərindən biri də Gürcüstanda qarın əriməsi olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR