Bank Of Baku

Gəncədə “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirilib

Gəncədə “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirilib
# 13 aprel 2011 08:27 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, müşavirədə meşə mühafizəsi və bərpası müəssisələrinə olan tələblər, yanğın zamanı zəruri hərəkətlər, meşə massivlərində yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə məsuliyyət, qurumun texnikası və vasitələri haqqında məlumat verilib, ötən il dənli bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə baş vermiş hadisələr təhlil edilib, onların səbəbləri açıqlanıb. Qeyd olunub ki, ötən il respublikanın fermer təsərrüfatlarında 48 hektar ərazidə 15 yanğın hadisəsi baş verib, nəticədə dövlətə və fermerlərə 7.458 manat dəyərində ziyan dəyib. Bundan əlavə respublika ərazisində mövcud olan meşə massivlərində isə 17 yanğın hadisəsi qeydə alınıb ki, burada da dövlətin Meşə Fonduna dəyən zərər 1.842 manat olub.
Müşavirədən sonra yanğın təhlükəsizliyi ilə bağlı texnikaların vəziyyətinə baxış keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR