Bank Of Baku

Azərbaycanda yeni pensiyaya çıxanların pensiyası əvvəlkilərdən 50 manat yuxarıdır

Azərbaycanda yeni pensiyaya çıxanların pensiyası əvvəlkilərdən 50 manat yuxarıdır
# 13 aprel 2011 09:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 2011-ci ilin aprelin 1-nə 114 manata çatıb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 14% çoxdur. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

Bununla yanaşı fond rəhbəri qeyd edib ki, yeni qaydaların tətbiqindən sonra təyin olunan pensiyaların orta məbləği 150 manatdan artıqdır. Başqa sözlə, yeni pensiya təyin olunan şəxslərin pensiyalarının orta aylıq məbləği sistemi tərk edənlərin pensiyalarından təqribən 50 manat yuxarıdır.

S.Müslümov bildirib ki, pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə hazırda əvvəlki pensiya sistemində təyin olunmuş pensiyalarla yeni təyin olunan pensiyaların məbləği arasındakı fərqin aradan qaldırılması, könüllü sığortalanma və s. üzrə tədbirlər davam etdirilir.

Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100%, kəndlərdə isə 98%, ümumilikdə ödəniş aparılan pensiyaçıların 99%-nin pensiyasının plastik kartlarla ödənilməsi təmin edilib. Bu məqsədlə cəmi 497, o cümlədən kənd və qəsəbələrdə 113 bankomatın istifadəsi təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR