Bank Of Baku

Bu il Azərbaycanda 620 min pensiyaçının müavinəti artırılıb

Bu il Azərbaycanda 620 min pensiyaçının müavinəti artırılıb
# 13 aprel 2011 09:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin birinci rübündə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri 466 mln. manat olub. «APA-Economics»in məlumatına görə, bunu DSMF-nin sədri Səlim Müslümov bildirib.

İlk üç ayda pensiya və müavinətlərin maliyyələşdirilməsinə Fond tərəfindən 457 mln. manat xərclənib ki, bu da əvvəlki ilin I rübünə nisbətən 46 mln. manat və ya 11,2% çoxdur. Bu məbləğin 97%-i və ya 444 mln. manatı bilavasitə pensiyaların, 13 mln. manatı isə müavinətlərin ödənişinə sərf olunub.

Hazırda əhaliyə aylıq ödənişlərin məbləği təqribən 200 mln. ABŞ dolları təşkil edir. Bu ilin əvvəlində 620 min nəfər pensiyaçının pensiyasının sığorta hissəsinin 5,7% indeksləşdirilərək artırılmasına rüb ərzində 4,2 mln. manat vəsait xərclənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR