Bank Of Baku

Azərbaycan əhalisinin sayı 9,137 mln. nəfərə çatıb

Azərbaycan əhalisinin sayı 9,137 mln. nəfərə çatıb
# 13 aprel 2011 10:25 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhalinin sıxlığı 1. kv. Km-ə 106 nəfər olub: «Əhalinin 53%-i şəhər, 47%-i kənd yerlərində yaşayır. Ölkə əhalisinin 49,6%-ni kişilər, 50,4%-ni qadınlar, 31,4%-ni gənclər təşkil edib».

Komitədən qeyd ediblər ki, 2011-ci ildə doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş təşkil edib: «Cari ilin yanvar-mart aylarında Azərbaycanda 39 min, gündə təxminən 434 körpə doğulub, onların 53,8%-i oğlanlar, 46,2%-i isə qızlardır. Doğulan uşaqların 408-i əkiz, 3-ü üçəmdir. Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunur və uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömrü boyu orta hesabla 2,3 doğulmuş uşaq düşür».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR