Bank Of Baku

Hüseyn Bağırov: “Bacardığımız qədər tullantıları özümüz yığacağıq”

Hüseyn Bağırov: “Bacardığımız qədər tullantıları özümüz yığacağıq”
# 13 aprel 2011 12:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Tokionun özündə havada və içməli suda radiasiyanın səviyyəsi ümumi fondan yuxarı deyilsə, Azərbaycanda necə ola bilər?” APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Yaponiyadakı radiasiyanın Azərbaycan təsiri ilə bağlı suala cavab verərkən deyib. O bildirib ki, “Azərkimya” İstehsalat Birliyinin istehsal etdiyi polietilen torbalara qatqı əlavə etməsi təklifi ilə Nazirlər Kabinetinə müraciət edib: “Həmin qatqı sellofanın qısa müddətdə dağılmasına səbəb olur. Bu məsələyə hazırda baxılır. “Azərkimya”nın iqtisadi durumu çox yaxşı deyil, ona görə də əlavə vəsait tələb edən işlərə getmək istəmirlər. Əgər sellofan, kağız və ya başqa bioloji qalıqları ayrı yığsaq, onlardan gübrə istehsal etmək olar”.

H. Bağırov bəzi tullantıları toplamağa başlayacaqlarını da açıqlayıb: “Bacardığımız qədər tullantıları özümüz yığacağıq. Bunları yenidən əridib kökü qapalı ağac yetişdirmək üçün qablar formalaşdıracağıq. İstəyirik ki, hər il milyona qədər ağac əkilmək üçün kökündən çıxarılıb gətirilməsin. Toxum həmin qabda salınsın, orada yetişdirilsin və sonra torpaq qarışıq torpağa keçirilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR