Bank Of Baku

Jurnalistlər üçün ekologiya üzrə müsabiqə keçiriləcək

Jurnalistlər üçün ekologiya üzrə müsabiqə keçiriləcək
# 13 aprel 2011 12:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə 5 iyun - Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar jurnalist üçün müsabiqə keçirəcək. APA-nın məlumatına görə, bununla bağlı bu gün keçirdiyi mətbuat konfransından ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, bu müsabiqə “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” birgə layihəsi çərçivəsində keçirilir. Nazir bu müsabiqənin artıq ikinci dəfə keçirildiyini də deyib.

Fondun icraçı direktoru Vüqar Səfərli isə bildirib ki, müsabiqənin məqsədi ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması, təbiətdən davamlı istifadənin təmin olunmasının təbliği və əhalinin məlumatlandırılmasıdır. Müsabiqənin 5 istiqamət üzrə və hər istiqamətdə 3 mövzu olmaqla (ümumilikdə 15 mövzu) keçirilməsi nəzərdə tutulur. Müsabiqəyə yazı və telesüjetlər aprelin 15-dən mayın 27-dək təqdim olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR