Bank Of Baku

Sabah Azərbaycanın bəzi ərazilərinə qar yağacaq

Sabah Azərbaycanın bəzi ərazilərinə qar yağacaq
# 13 aprel 2011 13:11 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın gündüz dəyişkən buludlu olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-7, gündüz 13-16 dərəcə isti olacaq.

Aprelin 15-də hava dəyişkən buludlu, əsasən, yağmursuz, səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8, gündüz 15-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 14-də yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağışın kəsiləcəyi, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, gündüz arabir güclənən qərb küləyi əsəcək. Gecə 5-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

Aprelin 15-də hava, əsasən, yağmursuz, gecə və səhər duman gözlənilir. Lakin aprelin 16-da gecə və axşam bəzi yerlərdə yağış yağacaq. Arabir güclənən cənub-qərb küləyi aprelin 16-da arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Aprelin 15-də havanın temperaturu gecə 5-10, gündüz 18-23, aprelin 16-da 15-18, dağlarda gecə 0-3, gündüz 11-16, aprelin 16-da dağlarda gündüz 7-11 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR